Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadənin 42 milyonluq mirasından övladlarına heç nə çatmayacaq

Şahzadənin 42 milyonluq mirasından övladlarına heç nə çatmayacaq

Tarix: 30 May 2021 14:22

Bu ilin aprelində 100 yaşında vəfat edən Böyük Britaniya Kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Filipp ailəsinə 42 milyon dollar (təxminən 71 milyon 400 min manat) miras qoyub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Page Six" nəşrinə kral ailəsinə yaxın şəxslərdən biri açıqlamasında bildirib.

Onun sözlərinə görə, Filipp ailəsinin digər üzvlərindən fərqli olaraq çox səxavətli biri olub:

"Filipp bu mirasın müəyyən bir hissəsini son illərdə onun üçün çalışan 3 kişiyə vəsiyyət edib. Kral ailəsinin Harri və Meqanla arasında yaşanan problemə baxmayaraq, şahzadə nəvəsi Harriyə də mirasından pay verib. Filipp dörd uşağı - Çarlz, Enn, Edvard və Endryuya isə pul əvəzinə öz kitabxanasını verib".

Qeyd edək ki, Filipp səhhəti ilə bağlı yaşadığı problemlərə görə xəstəxanaya yerləşdirilimişdi. O, aprelin 9-da təbii səbəblərdən Vindsor qəsrində dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Şahzadənin milyonluq mirasından övladlarına heç çatmayacaq


RƏYLƏR