Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Azərbaycanda 2 milyon doza peyvənd istifadə edilmişdir

Prezident İlham Əliyev: Azərbaycanda 2 milyon doza peyvənd istifadə edilmişdir

Tarix: 31 May 2021 18:06

Azərbaycanda 2 milyon doza peyvənd istifadə edilmişdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışında deyib.

Dövlət başçısı bildirilib:

"Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır.

Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi "Sinovak", qalanı isə "AstraZeneca" və "Sputnik" olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir.

Biz 2021-ci ilin "Səhiyyə işçiləri ili" elan edilməsini alqışlayırıq.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır".


Etiketlər:  Prezident İlham Əliyev Azərbaycanda milyon doza peyvənd istifadə edilmişdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ