Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 14:20
Müğənni Şəbnəm Tovuzlu "Onun sirri" proqramında bir həmkarının ona şər atmaq istədiyini iddia edib.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, ifaçı sözügedən hadisə haqda bunları söyləyib:
"Moskvada olanda mənə zəng gəldi. Dedi ki, Şəbnəm xanım, Rəşad Qızılsəsdir danışan. O da bizim sənət dostumuzdur. Hətta "O ses Türkiye" yarışmasında da iştirak edib.
Söylədi ki, səni illərdir tanıyıram, bir general dostum var. Ona məlumat çatıb ki, xanım müğənnilərdən sənə böhtan atılması istənilib. Mən də düşünürdüm ki, kimə nə pislik etmişəm.
Nəyə görə olsun? Rəşad bildirdi ki, çantandan, getdiyin yerlərdən köməkçindən belə diqqətli ol. Bu, insanı qorxuya salır. Belə vicdansızlıq olarmı? Düşün ki, bu insanın atası, övladı sevənləri var.
Ona bu pisliyi etsəm, axırım nə olacaq? Zatən haqq yerini tapacaq. Lakin niyə edəsən ki? Həyat yoldaşımın dünyanı hər yeri, bütün şəhərlərlə əlaqəsi mövcuddur. Hər yerdə mənim yanımda mühafizəçi olurdu".