Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 17:30
Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu "Milan" klubunu tərk etməyə yaxındır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Nikolo Skira öz "Twitter" səhifəsində məlumat yayıb.
Jurnalist iddia edir ki, İtaliya klubu uzun müddətdir 27 yaşlı yarımmüdafiəçi ilə bu yay başa çatacaq müqaviləni 2025-ci ilə qədər uzatmağa çalışır.
Futbolçunun agenti isə "Milan"ın H.Çalhanoğluya təklif etdiyi 4 milyon avroluq maaşın artırılmasını tələb edir, əks təqdirdə futbolçunun azad agent statusu qazandıqdan sonra klubu tərk edəcəyini vurğulayıb.
Xatırladaq ki, H.Çalhanoğlunun "Milan"la müqaviləsi cari ilin 30 iyununda başa çatır.