Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistanda ''Style'' adlı yeni növ qara rəngli tumsuz qarpız yetişdirilib

Özbəkistanda ''Style'' adlı yeni növ qara rəngli tumsuz qarpız yetişdirilib

Tarix: 2 Iyun 2021 22:50

Özbəkistanın Qaşqadərya vilayətinin fermeri Uluqbek Cumanazarov ölkədə ilk dəfə qara rəngli tumsuz qarpız yetişdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Style" adlı yeni növ qarpız uzun illərin təcrübəsi nəticəsində əldə olunub.

U.Cumanazarov deyib ki, yeni növ qarpız may ayında istixanada yetişdirilib və məhsul xarici ölkələrə göndəriləcək.

O vurğulayıb ki, dadına görə yeni növ qarpız adi qarpızdan fərqlənmir.

Milli.Az


Etiketlər:  Özbəkistanda Style adlı yeni növ qara rəngli tumsuz qarpız yetişdirilib


RƏYLƏR