Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 15:55
Bakı. Trend:
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü davam edir.
Trend-in məlumatına görə, bu gün gimnastlar fərdi proqramda gürz və lentlə, qrup proqramnda üç halqa və iki lentlə hərəkətlərdə çıxış edir.
Yarışların ikinci gününün davam etməsinə baxmayaraq, artıq gimnastların parlaq çıxışları günə öz damğasını vurub. Bu çıxışlardan biri koreyalı gimnastı Kim Çeyvunun çıxışı olub. 18 yaşlı gimnast Müslüm Maqomayevin "Синяя вечность" (Mavi əbədiyyət) mahnısının müşayiəti ilə çıxış edərək tamaşaçıları sevindirib.
Trend Kim Çeyvunun çıxışını təqdim edir:
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin