Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 12:48
“Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifar mərhələsindəki rəqibi APOEL-in futbolçusu Musa Əl-Tamari məşqlərə başlayıb.
Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, iordaniyalı 22 yaşlı hücumameylli yarımmüdafiəçi komandasının son məşqində iştirak edib. Onun Ağdam klubu ilə sabah keçiriləcək oyunda iştirak edib-etməyəcəyinə bugünkü məşqdən sonra qərar veriləcəyi bildirilib.
Qeyd edək ki, APOEL - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, Musa Əl-Tamari ÇL-in ikinci mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab matçında (3:0) zədələnmişdi.