Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 13:00
Marselo Saraççi və Əmrə Daşdəmirlə yollarını ayıran "Qalatasaray" müdafiənin sol cinahındakı boşluğu aradan qaldırıb.
Sonxeber.net "fotomaç"a istinadla xəbər verir ki, "sarı-qırmızılar" son mövsümü "Betis"də keçirən Aleks Moreno ilə anlaşıb. 2019-cu ildə "Rayo Valekano"dan 7 milyon avro qarşılığında transfer olunan 27 yaşlı müdafiəçi İstanbul nəhəngi ilə 2022-nin yayına qədər razılığa gəlib. "Qalatasaray" Moreno üçün "Betis"ə 500 min avro icarə pulu ödəyəcəksə, futbolçu illik 1,2 milyon avro qazanacaq. Müdafiəçi bu həftə İstanbula gəlib, rəsmi sənədə imza atacaq.