Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən güclü smartfonu açıqlandı

Dünyanın ən güclü smartfonu açıqlandı

Tarix: 8 Iyun 2021 22:56

Android əməliyyat sisteminə malik ən güclü smartfonların top-10-da yalnız "Qualcomm" şirkətinin "Snapdragon 888" prosesoru ilə təchiz olunmuş modellər var.

Milli.Az ted.az-a istinadən bildirir ki, may ayı reytinqində "Xiaomi"nin "Black Shark 4 Pro" oyun smartfonu 830 min xalla birinci yerdədir. Bütövlükdə reytinqdəki smartfonların hamısı böyük yaddaşa (12/256 GB) malikdir, qaliblə son yer arasındakı fərq 30 min xaldan azdır.

Orta qiymət dərəcəsinə aid smartfonların isə may reytinqinə "Snapdragon 780G" prosesoru ilə təchiz olunmuş "Xiaomi Mi 11 Lite 5G" başçılıq edir. İkinci yerdəki "MediaTek Dimensity 820" əməliyyat sistemli "Redmi 10X Pro 5G" ta ötən ilin iyunundan bu yana yuxarı yerlərdədir.

Bütövlükdə ən güclü mobil cihazların reytinqində isə "Apple" şirkətinin M1 prosesoruna malik "iPad Pro 12.9" tableti birinci yerdədir.

Milli.Az


Etiketlər:  Dünyanın güclü smartfonu açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ