Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 12:10
AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün 45 minə yaxın bilet satılıb.
Milli. Az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.
Assosiasiya rəsmisi bildirib ki, iyunun 12-də A qrupu çərçivəsində baş tutacaq Uels - İsveçrə qarşılaşması üçün hələlik 6000 bilet satılıb. İyunun 16-da keçiriləcək Türkiyə - Uels matçına maraq daha böyükdür. "Ay-ulduzlular"ın Britaniya təmsilçisi ilə görüşünü izləmək üçün 20 min bilet sifariş olunub.
Türkiyə - İsveçrə və 1/4 final mərhələsinin oyunlarına isə hələlik ümumilikdə 19 minə yaxın bilet satılıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyunları maksimum 31 min azarkeş izləyə bilər.