Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 14:26
Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu, millimizin sonuncu üzvü - 100 kq çəki dərəcəsində güləşən Elmar Qasımovdur.
O, 1/16 finalda Mərt Şişmanlar (Türkiyə) - İlya Sulamanidze (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl yalnız Kəramət Hüseynov (-60 kq) bürünc medal qazanıb.