Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 14:46
ABŞ Qida və Dərman İdarəsi (FDA) Britaniya şirkəti "GlaxoSmithKline" və ABŞ şirkəti "Vir Biotechnology" tərəfindən hazırlanmış COVID-19-a anticismləri olan dərmanın təcili istifadəsinə icazə verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Sotrovimab" xəstəliyin yüksək şiddətə keçmə riski olan böyüklər, 12 yaş və ondan böyük xəstələrdə yüngül və orta dərəcədə COVID-19-un müalicəsi üçün təsdiq edilib.
Bu dərman COVID-19 xəstəxanasına yatan və ya oksigen terapiyası tələb edən xəstələr üçün nəzərdə tutulmayıb.
Şirkətlər müalicənin uyğun ABŞ xəstələri üçün önümüzdəki həftələrdə təqdim ediləcəyini deyiblər.
Həmçinin bildiriblər ki, 2021-in ikinci yarısında dərmanların tam təsdiqlənməsi üçün müraciət etməyi planlaşdırırlar.