Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 17:25
Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasındakı qalmaqal yenidən alovlanıb.
Ona görə ki Canana mətbuata açıqlama verərək Mətanət xanımın nəvələrinə maddi yardım göstərmədiyini, onların kirayədə zillət içərisində yaşadıqlarını söyləyib. Hətta sənətçinin eks -gəlini ondan ev istədiklərini də bildirib. O həmçinin M.İsgəndərlinin ərinin ögey oğluna maşın aldığını, lakin öz nəvələrinə maddi yardım etmədiyini xüsusi vurğulayıb.
Sonxeber.net "Sherg.az"a istinadən bilriir ki, Canananın açıqlaması sosial şəbəkələrdə paylaşılıb. M.İsgəndərlinin dostları onun sözlərinə münasibət bildirib.
Aktyor Sərxan Kərəmoğlu bunları yazıb:
"Canana, səni Mətanətə görə hər kəs tanıdı, hörmət etdi. Mətanət nə edib, etməyib qarışmıram. Amma bir həqiqət var. Sən kimə ərə gəlmisən, qızım? Kərim? Evləndikdən sonra Kərimlə birgə nə qazanmısınız? Nə əldə etmisiniz ki, Mətanət onu əlindən alıb?! Nə qədər bir dost kimi susaq, danışmayaq, yazmayaq?! Mətanət də insandır, yaxasından düşün. Kərim bilər, sən bilərsən. O xanımı zəhərləməyin. Yetər artıq! Sən də oğul anasısan. Özünü Mətanətin yerinə qoy və düşün. Sənin tələb etdiyin ünvan Kərimdir, Mətanət deyil".
Aparıcı Elgiz Əkbər isə bu sözləri qeyd edib:
"Deyir, Mətanət xanım ögey oğluna anasını və özünü dolandırması üçün maşın alıb. Halal olsun sənə, dostum. Böyük ürəyinə quzu kəsim".