Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google Chrome brauzeri yeni təhlükəsizlik funksiyaları əldə edib

Google Chrome brauzeri yeni təhlükəsizlik funksiyaları əldə edib

Tarix: 12 Iyun 2021 21:40

 Google Chrome brauzerinin yeni versiyası potensial təhlükə mənbəyinə sahib fayllardan və hətta genişlənmələrdən (extensions) yeni qorunma özəllikləri əldə edib. Enhanced Browsing Protection proqramı çərçivəsində brauzer kompüterdə hər hansı bir faylı yükləməmişdən öncə onun şübhəli olub-olmadığını yoxlayacaq. Google Chrome 91-də reallaşdırılmış ilk yenilik Google şirkətinin genişləndirmələr ilə bağlı siyasətində olmuş dəyişikliklər ilə bağlıdır.

    Belə ki, bundan sonra istfadəçi Chrome brauzerinə genişləndirməni quraşdırmaq istəyən zaman ortaya çıxacaq pəncərədə həmin genişləndirmənin Google-un etibarlı genişləndirmələr siyahısına daxil olub-olmadığı barəsində məlumat veriləcək. Sözügedən siyahıya daxil olmaq üçün isə genişləndirmələr şirkətin təhlükəsizlik tələblərinə uyğun olmalıdırlar və bir neçə ay ərzində həmin genişləndirmələr barəsində şikayətlər olmamalıdır.

    Google bildirib ki, hal hazırda Chrome üçün olan bütün genişləndirmələrin 75%-i bu kriteriyalara uyur. Bundan əlavə olaraq Enhanced Safe Browsing proqram çərçivəsində brauzer metaməlumatlardan istifadə edərək yüklənən faylların yoxlanışını aparacaq. Şübhəli hallarda brauzer istifadəçiyə daha dərin yoxlanış prosesini təklif edəcək. Bunun üçün sadəcə olaraq Send düyməsinə klikləmək lazım gələcək.

    Nəticədə yüklənən fayl bulud servisdə skan olunacaq. Əgər həmin fayl zərərli hesab edilsə, brauzer onun yüklənməsinin bloklanmasını təklif edəcək. Lakin istifadəçi hər bir riski gözə alaraq fərdi şəkildə yüklənməni davam etdirmə imkanına sahib olacaq. Bu yeni funksiyalardan istifadə ermək üçün brauzerin ayarlarında 'Konfidensiallıq və təhlükəsizlik' bölməsinə daxil olub onları aktivləşdirmək lazımdır.


Etiketlər:  Google Chrome brauzeri yeni təhlükəsizlik funksiyaları əldə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ