Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boks millimizin baş məşqçisinin istefası qəbul olundu

Boks millimizin baş məşqçisinin istefası qəbul olundu

Tarix: 6 Avqust 2019 11:52

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.

Qol.az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, qurum rəhbərliyinin iştirakı ilə keçirilən iclasda mütəxəssisin müraciəti müzakirə olunub.

Səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V. Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi istefa ərizəsi qəbul olunan mütəxəssisə yığmalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Artıq yeni baş məşqçi ilə danışıqlara start verilib. Yaxın günlərdə millini çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.

Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək 2 il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.

 


Etiketlər:  Boks millimizin baş məşqçisinin istefası qəbul olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ