Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu fermerlər cərimə ediləcək - VİDEO

Bu fermerlər cərimə ediləcək - VİDEO

Tarix: 14 Iyun 2021 12:36

Aqrar məhsulların istehsalı üçün nəzərdə tutulan subsidiyalardan istifadə qaydalarını pozanlara qarşı tədbirlər gücləndirilir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib ki, aqrar sahənin inkişafı, fermerlərin və təsərrüfat sahiblərinin stimullaşdırılması üçün verilən subsidiyalardan bəzi hallarda təyinatı üzrə istifadə edilmir.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə bundan sonra belə neqativ halların qarşısı alınacaq.

Dəyişikliklərə əsasən, vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunacaq. Əgər fermer yanlış məlumatlar əsasında 500 manat subsidiya alıbsa, bu zaman o, 1000 manatdan 2000 manata qədər cərimə ediləcək. Elektron sistemə daxil edilən məlumatların düzgünlüyünü yoxlamaq üçün davamlı olaraq monitorinqlər aparılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  fermerlər cərimə ediləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ