Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2019 14:20
Bakı. Trend:
Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.
Azərbaycan Boks Federasiyasından Trend-ə bildiriblər ki, iclasda səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V.Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi mütəxəssisə yığma komandalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Artıq yeni baş məşqçi ilə danışıqlar başlayıb. Millini çalışdıracaq mütəxəssisin adı yaxın günlərdə açıqlanacaq.
V.Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunub. O, bundan əvvəl isə iki il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin