Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 12:48
İsrail Səhiyyə Nazirliyi COVID-19-a yoluxma sayındakı azalmalar səbəbilə bu gündən etibarən qapalı yerlərdə maska taxma tələbini ləğv edib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bununla belə, bəzi hallarla bağlı istisnalar var. Belə ki, karantinə göndərilənlər, heriatriya müəssisələrinin işçiləri və pasiyentləri üçün maska taxmaq məcburi olaraq qalacaq. Qeyd olunur ki, hansı xəstələr ilə təmasda olan zaman maska taxmağın zəruriliyi ilə bağlı tibb işçiləri üçün xüsusi təlimatlar hazırlanacaq.