Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 13:48
Dövlət proqramı əsasında Almaniyada kənd təsərrüfatı işlərində müvəqqəti olaraq işləmək üçün bu ölkəyə gedən Gürcüstan vətəndaşları ağır iş şəraitindən şikayətlənirlər.
Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki,onlar "Formula" telekanalına verdikləri müsahibələrində yaşadıqları çətinlikləri dilə gətiriblər.
İşçilər bildiriblər ki, onları işlə təmin edən agentlik vətəndaşlara qarşı biganə davranır. Gürcüstan vətəndaşları deyirlər ki, sahibkarlar işçilərə qarşı biganə davranmaqla yanaşı onları təhdid də edirlər:
"Mən və digərləri hər gün təhdidlər eşidirik. Bizim üzərimizə qışqırırlar və foto çəkməyə belə icazə vermirlər.
Bəzən məndə elə bir təəssürat yaranırkı satılmış bir qulam, çünkü bizimlə qul kimi rəftar edirlər. Biz bu kompaniyanı tərk edərək, başqasına keçmək istəyirik. Xahiş edirik, bu problemləri təcili şəkildə həll etsinlər", - deyə vətəndaş bildirib.
Xatırladaq ki, bu ilk hadisə deyil. Bundan öncə də bir neçə Gürcüstan vətəndaşı Almaniyada mövsümi işlə bağlı şikayətləniblər. Keçən il bu məsələ ölkə parlamenti səviyyəsində də müzakirəyə çıxarılıb.