Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağır yaralansa da, döyüşü tərk etməyib... - VİDEO

Ağır yaralansa da, döyüşü tərk etməyib... - VİDEO

Tarix: 16 Iyun 2021 14:44

Hərbi xidmətini başa vurduqdan sonra toyunu edəcəkdilər. Ancaq onun şəhid xəbəri gəldi...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət İkinci Qarabağ muharibəsində şəhidlik zirvəsinə ucalan Fərid Nadirovdan gedir.

O, 2000-ci ildə Göyçay şəhərində dünyaya gəlib. Orta məktəbi bitirərək kollecə daxil olub. Təhsilini başa vurduqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti zamanı pulemyotçu olduğundan sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı öndə gedən hərbçilərimizlə çiyin-çiyinə vuruşub.

Şəhidimiz ilk olaraq Goranboy, daha sonra Füzuli, Hadrud və Suqovuşan istiqamətində gedən döyüşlərə qatılıb. Müharibənin ağır günlərində Fərid Suqovuşanda gedən döyüşlər zamanı yaralanmasına baxmayaraq, döyüş yoldaşları onu hospitala göndərə bilməyiblər. Yaralı halda iki gün döyüşlərdə iştirak edib. Valideynləri ilə sonuncu danışığı oktyabrın 6-da olub. Bu zaman valideynlərinə hər şeyin əla olduğunu deyərək sağollaşıb. Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə iştirak edərkən oktyabrın 13-də şəhadətə yüksəlib.

Onun nəşi 46 gündən sonra ailəsinə təhvil verilib. 20 yaşlı şəhidimiz Fərid Nadirov Göyçay şəhər Şəhidlər xiyabanında dəfn olunub. O, ölümündən sonra ''Vətən uğrunda'' və ''Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Ağır yaralansa döyüşü tərk etməyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ