Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda parlament seçkilərinin ikinci mərhələsi başlayıb

Hindistanda parlament seçkilərinin ikinci mərhələsi başlayıb

Tarix: 18 Aprel 2019 08:40

Bakı. Trend:

Hindistanın 11 ştatı və bir müttəfiq ərazisində yerli vaxtla saat 07:00-da parlament seçkilərinin ikinci mərhələsi başlayıb.

Trend-in məlumatına görə, səsvermə 95 seçki dairəsində keçiriləcək. Seçkilərdə 1629 namizəd iştirak edir.

Dairələrin əksəriyyətində səsvermə yerli vaxtla saat 18:00-da bitəcək.

Səsvermədə təxminən 160 milyon seçici iştirak edə bilər.

Bildirilir ki, seçkilər 7 mərhələdən ibarətdir: 11 aprel, 18 aprel, 23 aprel, 29 aprel, 6 may, 12 may və 19 may tarixlərində.

Səslərin hesablanması mayın 23-nə qədər bitməlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Hindistanda parlament seçkilərinin ikinci mərhələsi başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ