Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 08:34
Sumqayıtda ağır yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.
Adilzadə Anar Çingiz oğlunun idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi "Hyundai" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Hyundai" daş hasara dəyib. Qəza nəticəsində avtomobildə olan hamilə qadın və onun əri ağır xəsarət alıb. "Chevrolet"in sürücüsü də ağır xəsarət aldığından hər üç yaralı Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisə şahidi Pərviz Əliyevin APA-ya verediyi məlumata görə, "Chevrolet" yüksək sürətlə əks yola çıxıb.
Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb edilib.