Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhadət ən ali məktəbdir - VİDEO

Şəhadət ən ali məktəbdir - VİDEO

Tarix: 18 Iyun 2021 17:26

21 əsgəri xilas edən şəhid Ə.Əsədli doğum günündə diplom alan ilk məzundur

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Əsəd Vətən müharibəsinə hərbi əməliyyatlar başlayandan dərhal sonra, könüllü olaraq qatılır. Torpaqlarımızı düşmın tapdağından azad etməyi özünə vəzifə bilir. Müharibənin ən son günlərinə qədər döyüşlərdə mərdlik göstərir. Xocavənd uğrunda gedən döyüşlər zamanı əsil qəhrəmanlıq nümunəsi göstərən Əsəd düşmənin tankını və onlarla əsgərini məhv edərək, mühasirəyə düşmüş əsgər yoldaşlarını mühasirədən və ölümdən xilas edib.

Əsəd orta təhsilini Bakı şəhəri, Nizami rayonu 229 saylı məktəbdə alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin məzunu idi. O, nəyin ki savadı, tərbiyəsi, davranışı ilə müəllim, tələbə heyətinin rəğbətini qazanıb.

26 yaşını şəhadətin zirvəsində qeyd edən şəhidimiz "Xocavəndin azad olunmasına görə" , "Füzulinin  azad olunmasına görə",  hərbi xidmətə fərqlənməyə  görə 1-ci dərəcli və Vətən uğrunda medalı ilə təltif olunub. Ölümü ilə ölümsüzlük qazanan və ali məktəb diplomuyla şəhadətin ən ali məktəb olduğunu bir daha sübut edən şəhidimiz şəhadətin mübarək.


Etiketlər:  Şəhadət məktəbdir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ