Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fizulidə 3 avtomobil toqquşub, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Fizulidə 3 avtomobil toqquşub, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Tarix: 19 Iyun 2021 13:40

Füzulidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Millli.Az-a verilən məlumata görə, rayonun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi "QAZel", Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi "VAZ-21154" və V.Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Fizulidə avtomobil toqquşub nəfər ölüb nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ