Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dolu tribunalar qarşısında oynamağı unutmuşuq''

''Dolu tribunalar qarşısında oynamağı unutmuşuq''

Tarix: 20 Iyun 2021 13:56

Fransa millisinin futbolçusu Antuan Qrizmann ötən gün Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Macarıstanla heç-heçə etdikləri matçdan (1:1) sonra yarışdakı şanslarını dəyərləndirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu deyib:

"Tribunalarda tamaşaçılar olsa belə, çətin bir matç keçdi. Dolu tribunaların qarşısında necə oynamağı unutmuşuq. Meydança da sərt, quru və isti idi. Ancaq bu barədə əvvəlcədən bilirdik. Yaranan şanslardan yararlana bilmədik. Avropa çempionatındayıq, burada böyük komandalar oynayır. Macarıstana qarşı belə asan deyil.

Dünya çempionatında da çətin qrupa düşdük. Portuqaliya ilə oyundan əvvəl dincəlmək və özümüzə gəlmək lazımdır. Gücümüzdən əminəm. Almaniyaya qarşı eyni səviyyəni nümayiş etdirməliyik".


Etiketlər:  Dolu tribunalar qarşısında oynamağı unutmuşuq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ