Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Foreks əməliyyatlarından gəlir əldə edən şəxsin vergi öhdəliyi nədir?

Foreks əməliyyatlarından gəlir əldə edən şəxsin vergi öhdəliyi nədir?

Tarix: 20 Iyun 2021 21:40

Foreks (xarici valyuta alış satışı ) əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməlidir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu zaman əldə edilən gəlirdən Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablanaraq, növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilməklə dövlət büdcəsinə ödənməlidir.

Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.


Etiketlər:  Foreks əməliyyatlarından gəlir əldə edən şəxsin vergi öhdəliyi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ