Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 22:02
Artıq bir neçə gündür Türkiyə ərazisində təsirini davam etdirən yağıntılı hava şəraiti bir sıra fəsdlar törədib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yağan leysan yağışı səbəbindən ölkənin bir çox vilayətlərində sel, torpaq sürüşməsi, daşqın kimi bir sıra problemlər yaranıb.
Türkiyənin Aydın, Kütahya, İzmir və bir sıra digər vilayətlərində yağan leysan yağışı selə səbəb olub. Bir çox ev, iş yerləri və əkin ərazilərini su basıb, torpaq sürüşməsi meydana gəlib, bəzi bölgələrdə avtomobillərin hərəkəti tamailə dayanıb. Bəzi ərazilərdə sel suları avtomobilləri aparıb. Yüksək bölgələrlə əlaqə kəsilib.
Kütahyada daşqın ehtimalına qarşı bölgədəki "Hasanlar" su hövzəsində suyun bir miqdarı boşaldılıb.
Qeyd edək ki, hidrometeoroloqlar ölkə ərazisində yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.