Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çingiz Rəsulzadə vəfat etdi

Çingiz Rəsulzadə vəfat etdi

Tarix: 22 Iyun 2021 14:09

Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya "ButaFilm"in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib.

Çingiz Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan "Həyat haqqında mimlər" (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq" (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci" qısametrajlı bədii filminin ssenari müəllifidir.

Allah rəhmət eləsin.

Milli.Az


Etiketlər:  Çingiz Rəsulzadə vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ