Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Rusiyaya niyə nifrət etməyə BAŞLAYIBLAR?

Ermənilər Rusiyaya niyə nifrət etməyə BAŞLAYIBLAR?

Tarix: 23 Iyun 2021 13:22

"Rusiya dövləti Nikol Paşinyanın seçilməsinə görə sevinə bilməz. Çünki Paşinyan "Soros"un yetişdirdiyi bir kadrdır".

Bunu Sonxeber.net-a Ermənistandakı parlament seçkilərinin nəticələrini şərh edən politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Kremlin erməni cəmiyyətində olan nüfuzu xeyli zəifləyib:

"Paşinyanın istər daxili, istər xarici siyasətdə atdığı və atacağı addımlar Kremlə yaxşı bəllidir. Ona görə də, Kreml onu yox, rəqiblərini - Robert Köçəryanı dəstəkləyirdi. Lakin Köçəryan uğursuzluğa düçar oldu. Buna görə də Kreml seçkinin nəticələrindən narazıdır və xüsusilə də Ermənistanın yeni formalaşacaq hakimiyyəti qərbyönümlü siyasətə üstünlük verəcək. Çünki bu istiqamətdə Paşinyanın addım atması üçün sosial bir sifariş də var. Ermənistan cəmiyyətində erməni xalqının Rusiyaya yönəlik son aylar böyük bir nifrəti var. Həm 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın obyektiv, bitərəf mövqeyi, həm də ondan sonra yaşanmış sərhəd insidentində Rusiyanın və KTMT-nin yenə də obyektiv münasibəti, daha sonra isə əsirlərin geri qaytarılması müqabilində minalanmış ərazilərin xəritələrinin təqdim olunması məsələsində Qərbin ön planda olması artıq təkcə Ermənistanda Paşinyan hakimiyyətinin yox, eyni zamanda daxili auditoriyanın qərbyönümlü bir mövqeyə sahibləndiyini görə bilirik. Yəni artıq Rusiyaya münasibət onsuz da getdikcə Paşinyanın hakimiyyəti dövründə pisləşirdi. Paşinyan bax elə bu fonda hakimiyyətə gəldi, amma son hadisələr Kremlin erməni cəmiyyətində olan nüfuzunu xeyli zəiflədib. Kreml də bunu görür və başa düşür ki, Paşinyan cəmiyyətdən aldığı o sosial sifarişə uyğun olaraq qərbpərəst, avrointeqrasiya yönümlü siyasətə üstünlük verəcək. 

II Qarabağ müharibəsi Ermənistanın Rusiyadan olan asıllığını da xeyli aradan qaldırdı. Bu vaxta qədər Ermənistan məhz Qarabağ probleminə görə Rusiyadan asılı vəziyyətdə qalmışdı. Çünki bu problem Ermənistanı blokada şəraitinə salmışdı - bir tərəfdən Türkiyə, bir tərəfdən Azərbaycan. Regional blokada şəraitində yaşayan Ermənistanın indiyə qədər Ruisya ilə münasibətləri genişləndirməkdən başqa bir çarəsi yox idi. Amma bu gün yeni reallıqlar yaranıb, Paşinyan regionda formalaşan yeni reallıqlara uyğun addım atsa - Türkiyə ilə, Azərbaycanla münasibətləri normallaşdırsa, Azərbaycanın ərazi bütövlüyünü tanısa, onun Avropaya açılması üçün çox böyük imkanları olacaq. Və beləliklə Ermənistanın dolayısı ilə II Qarabağ müharibəsinin nəticəsi olaraq Rusiyadan asıllığı aradan qalxacaq. Kreml də görür ki, yeni seçilmiş Paşinyan hakimiyyəti Rusiyanın maraqlarını nəzərə almayacaq".

Təhməz Əsədov


Etiketlər:  Ermənilər Rusiyaya niyə nifrət etməyə BAŞLAYIBLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ