Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yasamalda baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTO

Yasamalda baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 25 Iyun 2021 07:18

07:00

Xəbər verildiyi kimi, 24 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinin kəşfiyyatı zamanı yanğının onaltımərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən olunub. Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın tətbiqi, yanğınsöndürən və xilasedicilərin çevik, peşəkar və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğının genişlənib qonşu mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi və bina sakinlərinin təhlükəsizliyi təmin olunub.

Yanğın zamanı ümumi sahəsi 77 kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyası və ev əşyaları yanıb, qonşu mənzillər yanğından mühafizə olunub və 56 nəfər bina sakini təxliyə olunaraq təhlükəsizlikləri təmin olunub.

---------

00:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Milli.Az bildirir ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Yasamalda baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR