Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkanlıların içməli su qayğısı - VİDEO

Türkanlıların içməli su qayğısı - VİDEO

Tarix: 25 Iyun 2021 11:40

Cavabdeh qurum problemə münasibət bildirdi

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, bir çox hallarda içməli su problemi ya yeni salınan yaşayış massivlərində ya da qəsəbə mərkəzindən uzaq məsafədə yerləşən ərazilərdə yaşanır. Amma, gördüyünüz bu ərazi hansısa gülçülük yaxud südçülük massivi yox, Xəzər rayonu, Türkan qəsəbəsinin tam mərkəzidir. Bəli, Qəsəbənin mərkəzi küçələrinin birində yaşayan bu sakinlər düz 30 ildən çoxdur ki, içməli suya, daha dəqiq desək, bir qaşıq su üzünə belə həsrətdilər. Məsələyə su həyatdır prizmasından yanaşsaq, görərik ki, 30 ildir ki, su həsrəti ilə yaşayan Türkanlıları bəlkə də dövrün qəhrəmanları belə adlandırmaq olar.

İsti yay aylarında suya olan təlabatın artması qəsəbə sakinlərinin işini daha da dözülməz edir. Belə olan halda mövcud vəziyyətdən ən çox əziyyət çəkən isə yaşlı sakinlər və uşaqlar olur. Burada şübhə doğuran məqamlardan biri isə odur ki, problemin yaşandığı küçənin digər qarşı tərəfində içməli su xəttləri çəkildiyi halda, yolun qarşı tərəfində yaşayan sakinlər hələ də kilometrlərlə məsafə qət etməli olurlar. Daha doğrusu onları hər gün bu əziyyəti çəkməyə vadar edən bəlli səbəblər var.

İllərdir hökm sürən içməli su problemi ilə bağlı Türkan qəsəbə İcra Nümayəndəliyinə müraciət etdik. İcra Nümayəndəsi Rövşən Quliyev mövcud problemə aydınlıq gətirdi.

Belə olan halda sakinlərə biraz da səbr etmək qalır ki, onların bir damcı suya olan təlabatları qısa zamanda aradan qalxsın. Qızmar yayın hələ qarşıda olduğunu nəzərə alsaq, Türkan sakinlərinin çəkdikləri əziyyəti təsəvvür etmək o qədər də çətin deyil.


Etiketlər:  Türkanlıların içməli qayğısı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ