Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pirşağıda avtomobillə vurulan qadın xəstəxanada öldü

Pirşağıda avtomobillə vurulan qadın xəstəxanada öldü

Tarix: 7 Avqust 2019 19:18

Bakı. Trend:

Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə qəsəbə sakini Z.Süleymanova vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 6-da saat 17 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zöhrə Süleymanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


Etiketlər:  Pirşağıda avtomobillə vurulan qadın xəstəxanada öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ