Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbibin sabiq məşqçisi: “O, anasının xeyir-duasını almalıdır”

Həbibin sabiq məşqçisi: “O, anasının xeyir-duasını almalıdır”

Tarix: 26 Iyun 2021 09:42

Həbib Nurməhəmmədovun məşqçisi olmuş Xavyer Mendes karyerasını başa vurmuş rusiyalı idmançının döyüşməkdən ötrü çox darıxdığını bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məşqçinin fikirlərini "Cagesidepress" portalı dərc edib.

"Düşünürəm ki, Həbib yenidən döyüşmək istəyir. O, məşqlərdən, döyüşlərdən ötrü çox darıxır. Bizim münasibətlərimiz çoxdan məşqçi və tələbə çərçivəsindən kənara çıxıb. Biz bir ailə kimiyik, birlikdə böyüyüb inkişaf etmişik. Əmisi oğlu Abubakar döyüşəndə ​​bu hisslər üçün çox darıxdığını söylədi. Hiss edirəm ki, oktaqona çıxmazdan əvvəl yaşanılan adrenalin üçün darıxır. Gündəlik həyatda bu hissləri əvəz etmək çətindir", - deyə X. Mendes vurğulayıb.

Dağıstanlı idmançının sabiq məşqçisi əlavə edib ki, Həbib anasına çox bağlıdır və onun sözləri idmançı üçün çox böyük əhəmiyyət daşıyır:

"O, anasının xeyir-duasını almalıdır. Onun idmana qayıdışı bunsuz mümkün deyil. Həbib anasının sözündən çıxmaz".


Etiketlər:  Həbibin sabiq məşqçisi anasının xeyir duasını almalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ