Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 11:20
Qara dənizə daxil olan ABŞ-a məxsus "USS Ross" hərbi gəmisinin fəaliyyəti izləməyə götürülüb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
"Qara dəniz donanması iyunun 26-da Qara dənizə daxil olan ABŞ donanmasına məxsus "USS Ross" hərbi gəmisinin izlənilməsinə başlayıb", - açıqlamada bildirilib.
Qeyd edək ki, ABŞ-ın Altıncı Donanması hərbi gəminin Ukraynanın iştirakı ilə keçiriləcək "Sea Breeze" təlimlərinə qatılmaq üçün Qara dənizə daxil olduğunu açıqlayıb.
Bundan əvvəl isə Rusiya Qara dənizdə İngiltərə gəmisinə xəbərdarlıq atəşi açmışdı.