Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 15:44
İyunun 26-da Rusiyanın Həvəskar Futbol Liqasının oyunu zamanı meydandakı futbolçulardan birinin ürəyi dayanıb.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, hadisə Cənub-qərbi Moskva Liqasında baş verib.
Həkimlər oyunçuya ilkin yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktı Rusiyanın "Sport24" saytına açıqlamasında sözügedən liqanın prezidenti Dmitri Smirnov da təsdiqləyib:
"Bəli, təəssüf ki, belə olub. O da Kristian Eriksen kimi heç bir təmas olmadan qəfil yıxılıb. Oyun axşam keçirildiyindən isti də söhbət mövzusu deyil. İndiyədək həmin şəxsin kim olduğunu müəyyənləşdirə bilməmişik. Çünki adı iştirak ərizəsində olmayıb. Həmin şəxsi futbol oynamağa dostu dəvət edibmiş. Hazırda hadisənin təfsilatını araşdırmaqla məşğuluq".
Xatırladaq ki, hazırda davam edən AVRO-2020-nin açılış oyununda - Finlandiya ilə görüşün 42-ci dəqiqəsində Danimarka yığmasının yarımmüdafiəçisi Eriksenin ürəyi dayanmış, həkimlər onun həyatını xilas edərək xəstəxanaya çatdırmışdı.