Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2021 11:56
Livanda milli valyutanın məzənnəsinin ABŞ dollarına nisbətdə növbəti dəfə enməsindən sonra ölkədə narazılıqlar yenidən alovlanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, artıq ardıcıl ikinci gündür paytaxt Beyrut, Tripoli və Sayda şəhərəri də daxil olmaqla, ölkənin bütün bölgələrində nümayişçilər yolları bağlayırlar.
Qeyd edək ki, cümə günündən bəri Livan funtu 15000-dən 18100 dollaradək düşüb, mərkəzi bank isə məzənnəsini böhran öncəsi 1.515 lirə səviyyəsində saxlamağa davam edir.
Yerli mediasının verdiyi məlumata görə, şənbə günü Tripolidə nümayişçilər şəhərin mərkəzində və millət vəkillərinin evlərinin yaxınlığında toplaşıblar.
Parlament üzvlərindən birinin mühafizəçiləri etirazçılara atəş açıb, nəticədə üç vətəndaş yaralanıb. Vəziyyət yalnız əlavə ordu hissələri gəldikdən sonra sabitləşib.