Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2021 13:20
İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında (MR) keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.
Bu barədə Sonxeber.net-a Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyindən bildirilib.
"Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi bildirir ki, bu məlumat əsassızdır. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək", - deyə qeyd olunub.