Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 07:50
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Hövsan qəsəbəsində 2004-cü il təvəllüdlü Məmmədzadə Ləman Azər qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.