Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 14:30
"Tibbi tövsiyələr üçün internetdən istifadə etməyin".
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu sözləri həkim-pediatr Sevil Novruzova deyib. O bildirib ki, uşaqların göstərdiyi əlamətlər haqqında sahə həkiminə bildirmək lazımdır, çünki internetdə yazılan müalicə və diaqnozlar 100 faiz doğru olmur:
"Həkim tövsiyəsi olmadan antibiotiklərdən istifadə etməyin. Antibiotiklər həkim nəzarətində və təyin olunmuş miqdarda istifadə edilməlidir. Hər burun axıntısı, soyuqdəymə və öskürək antibiotik tələb etmir".
S.Novruzova qeyd edib ki, bəzi valideynlər davamlı olaraq dərmanlara müraciət edirlər, bəziləri isə dərman və peyvənddən qorxurlar:
"Uşaqların peyvənd zamanlarını ötürməyin. Vaksinlərin ölümcül uşaqlıq xəstəliklərinin qarşısını almaq üçün gücü inkaredilməz elmi dəlillərlə dəstəklənir. Körpələrini peyvənd etməyən valideynlər öz övladlarını və digər uşaqların sağlamlığını riskə atırlar.
Bundan başqa, texnologiya həyatımızın bir hissəsi olsa da, uşaqlarınızın idman üçün açıq oyunlara və sosial inkişaf üçün üz-üzə qarşılıqlı əlaqəyə ehtiyacı var. Uşaqlarınızı yalnız evdə saxlamaq üçün onları ekranlara bağlamayın. Bunun əvəzinə uşaqlarla dostluq edərək ünsiyyət qurmalıdırlar".