Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirdən qəbul imtahanında testə düşən suallarla bağlı AÇIQLAMA

Nazirdən qəbul imtahanında testə düşən suallarla bağlı AÇIQLAMA

Tarix: 29 Iyun 2021 15:26

"Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından "Ali təhsil haqqında" qanun layihəsi mühüm əhəmiyyət kəsb edir".

Sonxeber.net bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin müzakirələri zamanı deyib.

Nazir bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətdə olan məsələlərdir: "Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir".

O qeyd edib ki, Azərbaycanda artıq yaradılmasının 100 illiyini qeyd edən ali təhsil sistemi mövcuddur: "Bu baxımdan ənənələrimiz və bizə qalan miras var. Amma həyat sürətlə inkişaf edir və yenilikləri də özü ilə gətirir. Biz yeni qanun layihəsini ortaya qoymaqla təhsilin pillələri və səviyyələri anlayışlarından imtina etmirik. Təhsilimizdə təsnifat mütləq lazımdır".

Təhsil naziri vurğulayıb ki, burada üç əsas məqam var: "Belə ki, qanun layihəsinin böyük hissəsi ənənələrə söykənir. Tədqiqatlar, araşdırmalar, mütəxəssislərin rəyləri məsələnin ikinci tərəfidir. Bir də məsələnin emosional tərəfi var. Seçim zamanı əsas hədəf şəffaflığın təmin olunmasıdır".


Etiketlər:  Nazirdən qəbul imtahanında testə düşən suallarla bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ