Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ozan Kabak "Liverpul"la vidalaşdı

Ozan Kabak

Tarix: 30 Iyun 2021 21:00

Yanvarda "Şalke"dən "Liverpul"a icarəyə göndərilən Ozan Kabak İngiltərə klubundan ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə türk müdafiəçi özünün "Tvitter" hesabında yazıb. O, klubla vidalaşıb:

"Bura gəldiyim ilk gündən etibarən mənə göstərdiyiniz maraq və dəstək üçün təşəkkür edirəm. "Liverpul"da olduğum 4 ay müddətində karyeram üçün  yaxşı təcrübə qazandığımı düşünürəm. Baş məşqçi Yurgen Klopp və bütün komanda yoldaşlarımdan çox şey öyrəndim. Bu özəl ailənin parçası olmaq qürurvericidir. "Liverpul"da keçirdiyim müddəti mənə yazdığınız bəstə ilə xoşbəxt şəkildə xatırlayacağam".

Qeyd edək ki, "Liverpul" O.Kabak birdəfəlik almaq hüququndan istifadə etməyib.

Milli.Az


Etiketlər:  Ozan Kabak Liverpulla vidalaşdı


RƏYLƏR