Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda səkinin üzərində pilləkənin tikilməsi piyadaları narahat edir - VİDEO

Bakıda səkinin üzərində pilləkənin tikilməsi piyadaları narahat edir - VİDEO

Tarix: 2 Iyul 2021 10:30

Bakıda piyada səkisinin üstündə pilləkən tikilib. Bu səbəbdən vətəndaşlar avtomobil yoluna çıxmağa məcbur qalırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində obyekt sahibinin tikdiyi pilləkən piyada səkisinin üzərində yerləşir. Bu isə piyadaların təhlükəsiz hərəkətinə mane olur.

Kafe sahibi isə çəkiliş aparıldığını bildiyi halda əraziyə gəlmədi. Ətrafdakı obyekt sahibləri zəng edib kafe sahibinə məlumat versələr də, o, bizimlə əlaqə saxlamadı.

Pilləkənin yaratdığı təhlükə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, həmin ərazi ilə bağlı təhlil aparılaraq fotoşəkil ilə birlikdə yerli icra orqanına göndərilib.

Nizami Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, kafe 15 il əvvəl tikilmiş sənədli obyektdir. Buna görə də pilləkənin sökülməsi ilə bağlı heç nə edə bilməzlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda səkinin üzərində pilləkənin tikilməsi piyadaları narahat edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ