Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2019 16:08
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin qərbindəki Dənizli vilayətində Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələnin episentri Bozkurt şəhərində yerin 7 kilomter dərinliyində qeydə alınıb.
Yeraltı təkanlar qonşu bölgələrdə də hiss olunub.
Qeyd edək ki, bu gün İzmir vilayətində də Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində xəsarət alanlar olmasa da yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin