Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2019 16:24
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinatını alıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək LASK (Avstriya) – “Bazel” (İsveçrə) cavab matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən görüş avqustun 13-də, Avstriyada keçiriləcək.