Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Energetika naziri “Neqsol Holding” və “Nobel Oil” şirkətlərinin nümayəndələrini qəbul edib

Energetika naziri “Neqsol Holding” və “Nobel Oil” şirkətlərinin nümayəndələrini qəbul edib

Tarix: 2 Iyul 2021 21:32

Energetika naziri Pərviz Şahbazov "Neqsol Holding" şirkətinin baş icraçı direktoru Yusif Cabbarov və "Nobel Oil" şirkətinin baş icraçı direktoru Vüqar Səmədlini qəbul edib.

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə şirkətlər, onların fəaliyyət sahələri, beynəlxalq bazarlarda gerçəkləşdirilən layihələri, gələcək planları haqqında məlumat verilib, Azərbaycanda, xüsusi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji layihələrində iştirakla bağlı maraq ifadə edilib.

Energetika sahəsində müxtəlif istiqamətlərdə, o cümlədən "yaşıl enerji"dən istifadənin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Energetika naziri Neqsol Holding Nobel Oil şirkətlərinin nümayəndələrini qəbul edib


RƏYLƏR