Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanı sevindirəcək, erməniləri məyus edəcək hadisəyə nə qədər qaldı?

Azərbaycanı sevindirəcək, erməniləri məyus edəcək hadisəyə nə qədər qaldı?

Tarix: 6 Iyul 2021 10:03

"Prezident İlham Əliyev və XİN rəhbəri tərəfindən bu yaxınlarda Ermənistana sülh sazişinə başlamaq və sülh müqaviləsini imzalamaq haqqında təkliflər oldu".

Bunu Sonxeber.net-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.

Ekspert bildirib ki, Ermənistanın ağır vəziyyətdən xilası Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdımaqdan keçir:

"Düşünürəm ki, danışıqlar prosesi artıq başlayıb. Üçtərəfli bəyanat (10 noyabr) imzalanandan sonra Rusiyanın vasitəçiliyi ilə baş nazirlərin müavinləri səviyyəsində komissiyalar yaradılıb. Artıq bu komissiyalar bir neçə dəfə görüşüblər. Əgər bu danışıqlar prosesi deyilsə, bəs bu nə idi?! Müəyyən məsələlərdə razılığa gəlmişdilər, müəyyən məsələləri də qaldırmışdılar ki, qarşıdakı müddətdə razılığa gəlsinlər. Hesab edirəm ki, Ermənistan artıq o danışıqlar prosesinə gedib, o danışıqlar prosesində iştirak edib. Bu danışıqlar prosesi Ermənistanda baş verən növbədənkənar parlament seçkiləri nəticəsində dayandırıldı. Nəyə görə dayandırıldığı da məlumdur. Seçki keçirilə-keçirilə danışıqlar prosesində əldə olunan qərarların seçkiyə mənfi təsir göstərəcəyini nəzərə alaraq, bu danışıqlar dayandırıldı və seçkilərdən sonrakı dövrə qədər təxirə salındı. Seçkilər bitib, istənilən zaman bu danışıqlar prosesi bərpa edilə bilər. Sadəcə Ermənistanda hakimiyyət yenidən qurulur, bu gün orada bu proses gedir. Yəni Paşinyan höküməti yenidən qurur və höküməti qurandan sonra bu istiqamətdə fəaliyyətə başlayacaq. Yenidən şübhəsiz, danışıqlar olacaq, danışıqlar davam etdiriləcək.  Ona görə ki, Ermənistanın bundan başqa çıxış yolu yoxdur.

Ermənistan 30 il danışıqlara getmədi, Azərbaycanın dediklərinə məhəl qoymadı. Görün indi hansı vəziyyətə düşüb və nəticə də hamının gözü qabağındadır. Əgər Ermənistan yenə də həmin ssenarini təkrarlayarsa - 20, 30 il eyni vəziyyətdə davam etmək və tamamilə məhv olub yoxa çıxmaq istəyirsə, danışıqlara başlamasın. Amma belə deyil, artıq orada başa düşürlər ki, mütləq Ermənistanın iqtisadiyyatının, hərbisinin, cəmiyyətinin inkişafı danışıqlar prosesindən, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Paşinyan bunu daha düzgün başa düşür. Paşinyanın deçkilərə qədər olan reforma paketi bütün bunları əhatə edir. Bu məsələlər üçtərəfli bəyanatlarda əks olunan məsələlərdir, Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin (Zəngəzur) açılmasıdır və sərhədlərin delimitasiya və demarkasiya məsələsinin həyata keçirilməsidir və s.

Biz əgər bu gün çağırışlarımıza Paşinyandan müsbət cavab ala bilmiriksə, bu, ən çox Ermənistandakı sütuasiya ilə əlaqədardır. Paşinyan ona görə hələ cavab verə bilmir ki, hakimiyyəti hələ yoxdur, müxalifətin hələ də müəyyən qədər qüvvəsi var və yeni hökümətin formalaşmasına mane olur. Mənə elə gəlir ki, Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaq üçün danışıqlara qısa müddətdə qoşula bilər. Bir həftə, 10 günə yeni hökümət formalaşacaq, müəyyən məsələlər həll olunandan sonra sülh prosesi sürətlənəcək. Bütün bu proseslər də payızda başlayacaq. Payıza qədər Paşinyan hakimiyyətdə möhkəmlənəcək. Paşinyanın höküməti qurması o demək deyil ki, bu gün onda mandat var və o istədiyi kimi edəcək. Onun qarşısında Azərbaycanla münasibətlərin yaradılmasına əngəl olan "Qarabağ-klanı" kimi maneələr var. Paşinyan bu maneələri öz yolundan təmizləyəcək və sonra sülh prosesi başlayacaq. Bu da sentyabr-oktyabr aylarına çəkəcək. Düşünürəm ki, Paşinyan payız aylarında həm xalqdan, həm də hökümətdən mandatı alacaq ki, nəzərdə tutulan bütün bu məsələləri həyata keçirsin. Onun başqa çıxış yolu yoxdur. Paşinyanın yeganə çıxış yolu Azərbaycanın, Türkiyənin çağırışlarına cavab verməkdir, bu yolla da Ermənistanı çıxılmaz dalandan çıxarsın. Bu işdə ona Azərbaycan və Türkiyədən başqa heç kim yaşıl işıq yandırmağa kömək edə bilməyəcək. Təbii ki, Azərbaycan və Türkiyənin dediklərinə qulaq asacağı təqdirdə köməyi hiss edəcək". 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanı sevindirəcək erməniləri məyus edəcək hadisəyə qədər qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ