Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 14:06
Amerikanın raket hücumundan müdafiə sistemləri Bağdadda ABŞ səfirliyi üzərində uçuşlar həyata keçirən zərbə xarakterli pilotsuz uçan aparatları məhv edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu məlumatı "Anadolu" agentliyinə İraqın təhlükəsizlik qüvvələrində bir mənbə adının gizli qalması tələbi ilə bildirib.
ABŞ-ın Bağdaddakı səfirliyi inzibati binalar və xarici diplomatik missiyaların da yer aldığı Yaşıl zonada yerləşir.
Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın İraqın Anbar vilayətində yerləşən "Ayn-al-Asad" hərbi bazası da raket zərbələrinə məruz qalmışdı.