Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Patı” satan daha bir şəxs saxlanıldı - FOTOlar

“Patı” satan daha bir şəxs saxlanıldı - FOTOlar

Tarix: 7 Iyul 2021 12:26

Mingəçevirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Rüstəm Muxtarov saxlanılıb.

Axtarış aparılan zaman ondan kağız bükümlərdə satış məqsədilə üzərində daşıdığı heroin və qurudulmuş marixuana, eləcə də psixotrop maddə - metamfetamin (patı) aşkarlanıb. 
Davam etdirilən tədbirlərlə R.Muxtarovun yaşadığı ünvana da baxış keçirilib.

Oradan ümumi çəkisi 21 kiloqram 150 qram olan 90 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana və kağız bükümdə heroin qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Patı satan daha şəxs saxlanıldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ