Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hövsan Yaşayiş Kompleksində 2312 mənzil rəsmiləşdirilib - VİDEO

Hövsan Yaşayiş Kompleksində 2312 mənzil rəsmiləşdirilib - VİDEO

Tarix: 7 Iyul 2021 15:08

Bu günədək Hövsan Yaşayiş Kompleksində yerləşən ümumilikdə 2962 mənzildən 2312-nin rəsmiləşdirilməsi yekunlaşdırılıb. Boş qalan 650 mənzilin satışı isə yaxın aylarda baş tutacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,vətəndaşlara təqdim edilən bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova bildirib ki, Hövsanda yaşayış kompleksi ilə yanaşı hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik ümumtəhsil məktəbi və tibb məntəqəsi də inşa olunub.

Agentlik hazırda digər layihələrin icrasını da həyata keçirir və tezliklə regionlarda inşa olunan layihələrə güzəştli mənzillərin satışı ilə bağlı elanın verilməsi planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az


Etiketlər:  Hövsan Yaşayiş Kompleksində 2312 mənzil rəsmiləşdirilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ