Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir

Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir

Tarix: 7 Iyul 2021 17:30

Azərbaycan Respublikasının vətəndaşları yaşından asılı olmayaraq yalnız biometrik şəxsiyyət vəsiqələri ilə Türkiyə Resbulikasına birbaşa səfərlər edə bilərlər.

Bu barədə Sonxeber.net-ın sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətin bildirilib.

Qeyd olunub ki, köhnə nəsil şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişə icazə verilmir. Həmçinin bildirilib ki, bu qanun Türkiyədən gələn vətəndaşlar üçün də keçərlidir.

Qeyd edək ki, köhnə nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq 15 yaşına qədər uşaqlara verilən biometrik şəxsiyyət vəsiqələrində onların fotoşəkli yerləşdirilir, sadəcə imzası göstərilmir.

Xatırladaq ki, ötən gün Türkiyə şəxsiyyət vəsiqələri ilə gedilə biləcək ölkələrə - Moldova, Ukrayna, Gürcüstan və Azərbaycana - 15 yaşından aşağı vətəndaşlara verilən şəkilsiz kimliklərlə səyahət edilməsini qadağan edib.


Etiketlər:  Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ